Zəfər günü ilə bağlı imzalanan Amnistiya aktı ümumilikdə 15 450 nəfərə tətbiq olunub.

"Unikal" xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəisi Malik Ələkbərov deyib. 

O qeyd edib ki, 8626 nəfər cəzadan azad edilib, 6489 nəfərin cəzası azaldılıb, 332 nəfərin cinayət təqibinə xitam verilib.