Sabir Rüstəmxanlı da prezidentliyə namizəd olacaq
17:02 21-02-2013
CƏMİYYƏT
Bu gün VHP mərkəzi qərargahında Siyasi Şuranın toplantısı keçirilib Partiyanın mətbuat xidmətindən Unikal.org-a daxil olan məlumata görə, toplantıda ölkədəki ictimai-siyasi vəziyyət və VHP-nin prezident seçkilərində iştirakı, qurultaya hazırlıq, təşkilati məsələlər müzakirə edilib.
Ümumi müzakirələrdən sonra Siyasi Şura üzvlərinin yekdil razılığı ilə VHP-nin prezident seçkilərində iştirakı barədə qərar qəbul olunub. Seçkilərdə iştirakın forması isə iyun ayına nəzərdə tutulan VHP-nin Ümumrespublika konfransının müzakirəsinə tövsiyyə olunub.
VHP-nin növbəti qurultayına hazırlıq və rayon təşkilatlarının konfransının keçirilməsi məsədilə 7 nəfərdən ibarət Təşkilat Komitəsi yaradılıb.
VHP sədri Sabir Rüstəmxanlı 21 fevralın Ana Dili günü olduğunu vurğuladı və dövlət dilinin qorunması vacibliyindən və atılan addımlardan danışıb
Sonda partiyaya qəbulla bağlı SŞ-ya edilən 19 müraciətə müsbət cavab verilib.
Digər Xəbərlər
2024-04-26 11:53:01
2024-04-26 11:44:00
2024-04-26 11:14:00
2024-04-26 10:57:12
2024-04-26 10:45:09
2024-04-26 10:29:54
2024-04-26 10:22:42
2024-04-26 09:53:14
2024-04-26 09:15:18
2024-04-26 08:28:37
2024-04-26 08:18:50
2024-04-26 08:03:57
2024-04-25 20:40:27
2024-04-25 19:23:45
2024-04-25 18:29:31
2024-04-25 18:14:45