AFFA-nın baş katibi dəyişib.

"Unikal" xəbər verir ki,  bu barədə qurumun İcraiyyə Komitəsinin videokonfrans formatında keçirilən iclasında qərar qəbul olunub.

AVRO-2020-nin başa çatması, həmçinin müvafiq hüquqi prosedurlar nəzərə alınaraq, baş katibin müavini Sərxan Hacıyevə AFFA-nın baş katibi vəzifəsi həvalə olunub.

O, bu postda Elxan Məmmədovu əvəzləyib.