Fevralın 21-də Bakı şəhərinin Binəqədi rayonu ərazisində sərnişin avtobusunun iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi törədilib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, saat 21:46 radələrində metronun “Azadlıq prospekti” stansiyasının yaxınlığında Rafael Məmmədovun idarə etdiyi “Otokar” markalı sərnişin avtobusu
Səbuhi Əsədovn idarə etdiyi “VAZ 21015”lə toqquşub. Nəticədə minik avtomobilində olan 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Qeyd edək ki, qəzada iştirak etmiş sərnişin avtobusu 108 saylı xətt üzrə hərəkət edirmiş. Faktla əlaqədar araşdırma aparılır.
Bakıda avtobus maşının üstünə çıxdı; 5 yaralı