Türkiyədə Anadolu avtomobil yolunun İstanbul istiqamətindəki Bolu dağı tunelində baş verən zəncirvari yol qəzası zamanı 3-ü ağır olmaqla 17 nəfər yaralanıb.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca sosial media hesabında bildirib.

***17:06

Türkiyədə tuneldə zəncirvari qəza olub. 

"Unikal" Türkiyə KİV-ə  istinadən xəbər verir ki, hadisə Anadolu avtomobil yolunun İstanbul istiqamətində Bolu dağı tunelində qeydə alınıb.

Belə ki, içərsində sərnişinlər olan avtobuslar, TIR və minik maşınları toqquşub.

Bildirilir ki, hadisə zamanı ölən olmasa da, çoxlu sayda insan yaralanıb. 

Son dəqiqə!  Bolu Dağ Tunelində 18 avtomobilin toqquşduğu qəzanın kamera görüntüləri ortaya çıxıb