Rusiya qüvvələri Kiyev vilayətinin Buçanski rayonunun kəndlərinə aviazərbələr endiriblər.

"Unikal" xəbər verir ki, bu barədə Kiyev polisi məlumat yayıb.

"Düşmən Peskovka kəndi ilə Miqalki kəndi arasındakı nəqliyyat infrastrukturuna 4 mərmi atıb. Nəticədə ölən və yaralanan olmayıb, tikililərə ziyan dəyib", - məlumatda deyilir.