Saxir avtodromunda "Formula 1" üzrə Bəhreyn Qran-prisi keçirilib.

"Unikal" xəbər verir ki, mövsümün ilk yarışında qalib adını "Ferrari" pilotu Şarl Lekler qazanıb.

Onun komanda yoldaşı Karlos Sayns ikinci, "Mercedes"in sürücüsü Lüis Hemilton üçüncü yeri tutub.

Son dünya çempionu, "Red Bull" pilotu Maks Ferstappen 57 dövrəlik mübarizəni sona çatdıra bilməyib. O, ikinci yerdə getdiyi halda, finişə bir neçə dövrə qalmış yoldan çıxmalı olub.

Komandanın digər üzvü Serxio Peres də üçüncü olduğu mübarizəni bolidində problem çıxdığı üçün sona bir dövrə qalmış bitirməli olub.