İsveçrə sanksiyalar çərçivəsində Rusiyanın təxminən 5,75 milyard İsveçrə frankı (6,17 milyard dollar) aktivini dondurub və bu məbləğin artacağı ehtimal edilir.

"Unikal" xəbər verir ki, bu barədə "Reuters" agentliyi İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) nümayəndəsi Ervin Bollinqerin bəyanatına istinadən məlumat yayıb. 

Qeyd olunub ki, bu məbləğə İsveçrədəki turizm kurortlarındakı bir sıra mülklər daxildir: "Bu gün ilk dəfə olaraq mən sizə dondurulmuş vəsaitlərin məbləği barədə məlumat verə bilərəm. Bu günə qədər SECO-ya ümumilikdə təxminən 5,75 milyard İsveçrə frankı məbləğində vəsait və aktivlər barədə məlumat verilib".

Ağarza Elçinoğlu