ABŞ prezidenti Co Bayden Ukraynadakı müharibənin və Qərbin sanksiyalarının Rusiya iqtisadiyyatına necə təsir etdiyindən danışıb.

"Unikal" xəbər verir ki,  Bayden müvafiq bəyanatla Polşanın paytaxtı Varşavada keçirdiyi brifinqdə çıxışında rublun mövqeyindən söhbət açıb. 

"Rusiya Federasiyasının valyutası tədricən dəyərdən düşür. Onsuz da ölkədə valyutadəyişmə məntəqələrində bir Amerika dolları üçün 200 rubl istəyirlər"

Bayden həmçinin qeyd edib ki, Rusiya iqtisadiyyatı dünyada ən böyük iqtisadiyyatlardan biridir. Ancaq tezliklə o, ilk iyirmiliyə belə girməyəcək.

"Sanksiyalar Rusiya Federasiyasını gücdən və güc proyeksiya etmək imkanından məhrum edir. Bunun günahkarı isə yalnız Putindir", - ABŞ prezidenti bildirib.

Xatırladaq ki, Bayden brifinqdə Ukraynaya humanitar yardım mövzusuna da toxunub . ABŞ prezidenti xatırladıb ki, onun dövləti 100 min ukraynalı qaçqını qəbul etməyə hazırlaşır. Artıq 8 min nəfər ABŞ-a gəlib.

Gülayə  Mecid