Rusiya parlamentinin aşağı palatası Dumanın sədri Vyaçeslav Volodin Rusiya prezidenti Vladimir Putini “qəssab” adlandıran ABŞ prezidenti Baydenə reaksiya verib.

"Unikal" xəbər verir ki, Duma sədri Vyaçeslav Volodin verdiyi yazılı açıqlamada yalnız xəstə və ya zəif adamın ABŞ prezidenti Bayden kimi hərəkət edə biləcəyini bildirib.

Psixoloqların Baydenin münasibətini araşdırması lazım olduğunu vurğulayan Volodin, “ABŞ vətəndaşları prezidentlərindən utanmalıdırlar. Ola bilsin ki, Bayden xəstədir, müalicə olunsa yaxşı olar. O, bədbəxt adamdır”,  - deyə şərh edib.  

Gülayə Mecid