ABŞ Rusiyaya sanksiyalardan yayınmağa kömək etdiklərinə görə bir sıra ölkələri cəzalandıra bilər. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan məlumat yayıb.

O bildirib ki, ABŞ Rusiyaya sanksiyalardan yayınmağa kömək edən ölkələri cəzalandırmağa hazırdır.

Məlumata görə, burada söhbət Ermənistan, Hindistan, Çin, Səudiyyə Ərəbistanı və BƏƏ-dən gedir.