Ukraynalı könüllülər Kadırovçulardan rus əsgərlərinin Ukrayna ərazisində hərəkətləri haqqında məlumat alırlar.

"Unikal" Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə məlumatı ukraynalı deputat Aleksey Qonçarenko verib.

Xalq deputatı özünün Teleqram kanalında iki-üç gün əvvəl Kiyev yaxınlığında düşmənin kəşfiyyat qrupunun darmadağın edildiyini  bildirib.

"Rus əsgərlərinin hərəkət koordinatlarını bizim könüllülərimiz bildirib. Könüllülər düşmənlərin hərəkəti haqqında məlumatları kadırovçulardan aldıqlarını gizlətmirlər. Bu, İnternetdəki vasitəçilər vasitəsilə həyata keçirilir. Bir işğalçı haqqında məlumatın qiyməti 400 dollardır vəvəsaitlər bitkoinlərlə köçürülür". 

Xalq deputatının sözlərinə görə, kadırovçular rus əsgərlərini satmaqdan əl çəkməyəcəklər, çünki onlar bundan pul qazanır. 

Gülayə  Mecid