Lvovun atəşə tutulması nəticəsində rus qüvvələri zavoda və neft anbarına hücum ediblər.  

"Unikal" xəbər verir ki, bu barədə Lvov Regional Hərbi Administrasiyasının rəhbəri Maksim Kozitski brifinq zamanı bildirib.

"Bu gün kritik infrastruktur obyektlərinə iki zərbə vuruldu. Onlardan biri Lvovun özündə yaşayış massivindəki neft anbarına düşüb. İkincisi isə müdafiə strukturu obyektinə, o da yaşayış massivində yerləşən zavoda dəyib", - Kozitski deyib.

Onun sözlərinə görə, hər iki obyektə  dəyən zərbə nəticəsində güclü yanğın başlayıb.