Ukraynaya qarşı müharibə Rusiya üçün strateji uğursuzluqdur.

"Unikal" xəbər verir ki,  bunu ABŞ prezidenti Varşavada çıxışı zamanı deyib.

“Vladimir Putinin vəhşiliyinə baxmayaraq, bu müharibənin Rusiya üçün artıq strateji uğursuzluğa düçar olmasına heç bir şübhə olmamalıdır”, - Bayden deyib.

ABŞ prezidenti bildirib ki, Ukraynadakı Rusiya qüvvələri Ukraynanın cəsarətli və sərt müqavimətinin gücü ilə üzləşib.