Ukraynada müharibə başlayandan etibarən 12 jurnalist həlak olub. 10 media nümayəndəsi isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.  

"Unikal" xarici  KİV-ə istinadən xəbər verir ki, bu barədə məlumatı Ukraynanın Baş prokuroru İrina Venediktova açıqlayıb. 

“Rusiyanın hücumu barədə dünyaya həqiqəti çatdırmaq  da həyati təhlükəlidir. Müharibədə artıq 12 jurnalist həlak olub”, - deyə Venediktova bildirib.