Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 62 yeni yoluxma faktı qeydə alınıb, 46 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Unikal"a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 791 876 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 781 865 nəfər müalicə olunaraq sağalıb, 9 691 nəfər vəfat edib, aktiv xəstə sayı 320 nəfərdir.

Ölkədə son sutka ərzində 6 697 184, hazırkı dövrədək isə 5 122 test aparılıb.