May ayından Varşava-Bakı arasında yenidən aviareyslər təşkil ediləcək.

"Unikal" xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri, Polşa Respublikasının xarici işlər naziri Zbiqnev Rau ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, Azərbaycan ilə Polşa arasında əlaqələrin genişləndirilməsi üçün potensial mövcuddur.