Avstraliya hakimiyyəti Ukraynaya daha 20 milyon dollar hərbi yardım göstərəcək. 

"Unikal" Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Ukraynanın Avstraliyadakı səfiri Vasili Miroşniçenko bildirib.

Qeyd edək ki, buna tank əleyhinə silahlar və sursatlar daxildir: "Avstraliya üçün bu, irəliyə doğru böyük addımdır. Bundan əlavə, onlar 70 milyon dollar məbləğində yardım göstəriblər. Bu, təqdim edilən dördüncü paket və ya həcmdir", - Miroşniçenko deyib.

Ağarza Elçinoğlu