Hesablama Palatasının Kollegiyasının qərarına əsasən, Dövlət Turizm Agentliyindəki qanun pozuntuları ilə bağlı sənədlər Baş Prokurorluğa təqdim edilib.

"Unikal" xəbər verir ki, bu barədə Palatanın ötənilki fəaliyyəti ilə bağlı hesabatda bildirilir.

Sənədə əsasən, həmin təqdimatla bağlı zəruri tədbirlər həyata keçirilib.

Belə ki, Hesabat ilində Dövlət Turizm Agentliyinə ayrılmış dövlət vəsaitlərinin icrası üzrə uyğunluq auditi üzrə 2017-2018-ci illərdə malların (işlərin və xidmətlərin) satın alınması məqsədilə bağlanmış müqavilə ilə nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməməsi aşkarlanıb.