Həsfətonu sonu ölkə yolları qana boyandı: 21 qəza, 5 ölü

Şənbə və bazar günləri Azərbaycan yollarında baş vermiş yol qəzalarında 5 nəfər dünyasını dəyişib. Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, şənbə günləri Bakı şəhərinin Xətai rayonunda (toqquşma) və Cəlilabadda (avtomobilin ağaca çırpılması) ölümlə nəticələnən hadisələr baş verib. Bazar günü isə Goranboy, Cəlilabad və Bakının Xətai rayonunda piyadaların ölümü ilə nəticələnən yol qəzaları qeydə alınıb. Ümumilikdə şənbə-bazar günləri ölkə yollarında 21 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 5 nəfər ölü, 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hər bir fakt üzrə müvafiq təhqiqat və istintaq araşdırmaları aparılır.