Rusiya ordusu bir gündə Ukraynada 600-dən çox hərbçini öldürüb. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir.

Bildirib ki, Rusiya artilleriyası bir gecədə Ukraynanın çoxsaylı mövqelərinə və hərbi bazalarına zərbələr endirib, nəticədə 600 döyüşçü həlak olub.

Bəyanatda həmçinin qeyd olunur ki, Rusiya raketləri Ukraynanın mərkəzi Kirovohrad vilayətindəki Kanatovo aerodromunda aviasiya avadanlığını və cənubundakı Nikolayev şəhərində böyük silah-sursat anbarını məhv edib.

Aynurə Xudaverdiyeva