Avropanın ən böyük elektrik stansiyası olan Zaporojya Atom Elektrik Stansiyası rus əsgərlərinin hədəfinə çevrilib. 

"Unikal" xəbər verir ki, bunu Ukraynanın Enerhodar şəhərinin meri Dmitri Orlov jurnalistlərə açıqlamasında  deyib.

Enerhodar meri Rusiyanın işğalı nəticəsində bombalanan yollara, dəmir yollarına və körpülərə dəyən ziyana görə İES-in adi kömürlə təmin olunmadığını bildirib və stansiyanın bağlanacağını açıqlayıb. Rusiyanın işğalından sonra şəhərin infrastrukturuna dəyən ziyana görə stansiyanın fəaliyyətinin maddi-texniki cəhətdən qeyri-mümkün olduğu, elektrik enerjisi, isti su və istilik yükünün Zarporijya Atom Elektrik Stansiyasına veriləcəyi bildirilib.

Orlov isti suyun bir neçə dərəcə soyuq olacağını və İES işçilərinin müvəqqəti işsiz qalacağını vurğulayıb.

Gülayə  Mecid