"Rusiya Azovstaldakı son Ukrayna bölmələrini məhv etməyə çalışır".

"Unikal"
xəbər verir ki, bu haqda rəsmi Kiyev məlumat yayıb.

"Rusiya Mariupolun Azovstal polad zavodunda gizlənən əsgərləri məhv etməyə çalışır. Kiyevin sonuncu müdafiəçilərini öldürmək üçün Moskva qüvvələri nəhəng fabrikə girib",- deyə Ukrayna tərəfi bildirib. 

Həmçinin Kiyev ordusunun bəyanatında deyilir ki, Rusiya təyyarələrin dəstəyi ilə zavoda nəzarəti ələ keçirmək üçün hücumu bərpa edib.

Aynurə Xudaverdiyeva