Beynəlxalq donorlar Polşanın paytaxtı Varşavada keçirilən konfransda Ukraynaya dəstək məqsədi ilə 6,5 milyard dollar vəd ediblər.

"Unikal" BBC-yə istinadən xəbər verir ki, sözügedən vəsait ölkələr, eləcə də müxtəlif bizneslər və banklar tərəfindən ayırılacaq.

Moravietski qeyd edib ki, Ukraynanın gündəlik 12 min ton humanitar yardıma ehtiyacı var, lakin hazırda beynəlxalq səylər nəticəsində cəmi 3 min ton yardım tədarük edilir. Əlavə edib ki, beynəlxalq yardım agentlikləri Ukrayna əhalisinin təxminən 40 faizinin humanitar yardıma ehtiyac duyduğunu təxmin edir.