Ankaranın Altındağ rayonunda ailə faciəsi baş verib. 

"Unikal" Türkiyə KİV-ə istinadən xəbər verir ki, Onur G. adlı şəxs 2 yaş 5 aylıq oğlunu döyərək öldürüb. Belə ki, həbsdən yeni çıxan Onur ağlayan oğlunu susdurmaq üçün döyüb. Səhəri gün isə ata oğlunun nəfəs almadığını görüb. O, körpəsini xəstəxanaya apararaq həkimlərə eyvandan yıxılaraq xəsarət aldığını deyib. Həkimlər körpənin çoxdan öldüyünü bildiriblər.

Çox keçməyib ki, körpənin ölüm səbəbi məlum olub. Oğlunun ölümündə təqsirli bilinən ata saxlanılıb.