Xorvatiya prezidenti Zoran Milanoviç Finlandiya və İsveçin NATO-ya daxil olmasını əngəlləmək qərarına gəlib.

"Unikal" xəbər verir ki, bu barədə Xorvatiyanın N1 nəşri yazır. Bildirilir ki, Xorvatiya prezidenti Zoran Milanoviç respublikanın NATO-dakı səfiri Mario Nobiloya Bosniya və Herseqovinada seçki qanunvericiliyi dəyişdirilənə qədər Finlandiya və İsveçin alyansa daxil olmasının əleyhinə səs vermək göstərişi ilə məktub göndərmək niyyətindədir.
"Onlar təqib etsələr, mən ittihamlara hazıram. Artıq qeyd etmişəm ki, Bosniyadakı xorvatlar mənim üçün bütün Rusiya-Finlandiya sərhədindən daha vacibdir", - prezident deyib.

Milanoviç  “milli maraqlarını necə müdafiə edəcəyini bilən” Türkiyəni nümunə kimi göstərib. O, həmçinin əlavə edib ki, Ukraynanın maraqları Zaqreb üçün kəskin problem deyil.

O, Xorvatiyanın sazişi ratifikasiya etməkdən imtinasının beynəlxalq ictimaiyyətin diqqətini Xorvatiyanın Bosniya və Herseqovinadakı maraqlarına yönəldəcəyini qeyd edərək, bu ölkədə xorvatların hüquqlarının problemini həll etməyin yeganə yolu olduğunu deyib.

Ramil Zeynallı