Hacıqabul Rayon İcra Hakimiyyətinin (RİH) başçısına birinci müavin təyin olunub.

"Unikal" xəbər verir ki, icra başçısı Rüstəm Xəlilovun əmri ilə, bu vəzifəyə Ələskərov Saleh Adil oğlu təyinat alıb.

Qeyd edək ki, S.Ələskərov bundan əvvəl Hacıqabul rayon Gənclər və İdman İdarəsində çalışıb.

Anar Kəlbiyev