Avstriyada bir qrup anarxist Ukraynadakı müharibəyə və rusiyalı oliqarxlara etiraz olaraq VEB.RF-nin rəhbəri, Rusiya prezidentinin dostu adlandırılan Rusiya baş nazirinin keçmiş müavini İqor Şuvalovun mülkünü zəbt ediblər.

"Unikal" xəbər verir ki, fəallar Ukraynadakı müharibəni pisləyib və Şuvalovun əmlakını müsadirə etməyə çağırıblar:

“Biz evin qaçqınlar, fərarilər və evsizlər üçün evə çevrilməsini və Atterseenin özəlləşdirilməsinin dayandırılmasını tələb edirik”.

Məlumata görə, villa boş olub.  Fəallar villanın üzərinə plakatlar asaraq, Rusiyanı müharibəni dayandırmağı tələb ediblər.

Anarxistlər Şuvalovun villasını ələ keçirdilər / foto twitter.com/EnteignenO