Ukraynalı müğənni Tina Karol Kann Film Festivalında topladığı vəsaitin məbləğini açıqlayıb.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.  Qeyd olunur ki,  o, Ukraynada baş verənlər haqqında həqiqəti söyləyir, hərbçilərə və qaçqınlara kömək üçün vəsait toplayır. 

"Biz uğur qazandıq! Kann Film Festivalında Qızıl Qlobusla birlikdə Ukrayna kino sənayesini dəstəkləmək və inkişaf etdirmək üçün 75 min dollar topladıq", - ukraynalı müğənni yazıb.
 

Ramil Zeynallı