İraqda güclü qum fırtınası baş verib.

"Unikal" xəbər verir ki, yerli sakinlər evlərini tərk etməməyə çalışırlar.

Meteroloqlar küləyin sürətinin isə 40-50 km/saata çatacağını və görmə məsafəsinin 100 metrə qədər azalacağını proqnoz edir.

Hazırda beynəlxalq hava limanları, təhsil müəssisələri və dövlət müəssisələri işləmir. 

Qeyd edək ki, İraqda qum fırtınası bir aydan çox dur davam edir. 

Mayın əvvəlində baş verən fırtınadan sonra 5 mindən çox adam boğulma şikayəti ilə həkimlərə müraciət edib, bir nəfər isə ölüb.