Planetdə iqlim dəyişimləri başlanıb

Mais Güləliyev: “Hazırda planetin iqlimi kontinentallaşmağa doğru gedir”

Dünya üzrə müxtəlif elmi sahələrə mənsub olan sanballı mütəxəssislər artıq otuz ildən çoxdur ki, planeti gözləyən ekoloji fəlakət barədə xəbərdarlıqlar edirlər. Onları narahat edən və təşvişə salan başlıca məsələ planetin ekologiyasının sürətlə korlanmasıdır. Və sürətlə korlanan bu ekosistem labüd şəkildə planetin və o cümlədən biz insanların tam şəkildə məhvinə səbəb ola bilər.

Yer kürəsini təhdid edən ozon qatındakı problem dünya dövlətlərinin ümumi səyləri nəticəsində qismən aradan qaldırılsa da, hazırda bizi daha ciddi təhlükələr gözləyir. Ən böyük təhlükə isə Yer insanının şüurundakı naqisliklərlə bağlıdır. Və əslində, bizi əhatə edən ekoloji təhdidlər birbaşa bizim öz şüurumuzun acı məhsullarıdır.

Müdriklərdən kimsə deyib ki, “İnsan əcaib üsullarla əcaib problemlər yaradır və sonra da daha əcaib üsullarla bu problemləri aradan qaldırmağa cəhd göstərir.”

Bəzi mütəxəssislər bildirirlər ki, 2011-ci ildə Yaponiyada baş vermiş dəhşətli zəlzələ, əslində, zəlzələ deyildi, iqtisadi baxımdan sürətlə inkişaf edən Yaponiyanı diz çökdürmək üçün bu ölkəyə qarşı tətbiq edilmiş ekoloji silahın tətbiqi nəticəsində meydana gəlmişdi.

Bu müdhiş versiyanın gerçəkliyə nə dərəcədə uyğun olmasını təsdiq edə bilməsək də, fakt budur ki, dünyamızın bir nömrəli düşməni bu dünyada toplanan kapitaldır...

Əslində, yuixarıdakı versiyada müəyyən qədər həqiqət payı da var. Çünki bu “barmaq boyda” Yaponiya indiki dövrdə ABŞ, Rusiya, Fransa və hətta Çin kimi nəhəngləri arxada qoyaraq dünyada ən çox sərvətə malik olan ölkəyə çevrilib və onun “ipini bir qədər yığmaq” dünya hökumətlərinin çoxlarına sərf eləyərdi.

Və oxucu xatırlayırsa, həmin “zəlzələ”dən sonra Yaponiyanın ən böyük şirkətləri iflasa uğradı və Avropadakı səhmlərini su qiymətinə satmağa başladılar...

Hər halda bu barədə düşünməyinə dəyər...

Bizi gözləyən digər bir təhlükə barədə ekoloqlar, iqlimşünaslar və coğrafiyaçılar hələ ötən əsrin doxsanıncı illərindən həyəcan təbili çalır və bildirirdilər ki, planetin istilik balansını təmin olunmasında son dərəcə mühüm rol oynayan Qolfstrim cərəyanının axınında zəifləmə qeydə alınmağa başlayıb. Və onlar əlavə edirdilər ki, bu cərəyanın axını tamamilə zəifləsə, planetin şimal yarımkürəsində labüd şəkildə buzlaşma başlanacaq.

Ötən illərdə (və elə bu il də) Birləşmiş Ştartlar, Kanada, şimali Avropa ölkələrini ağuşuna almış güclü qar örtükləri bu bölgələr üçün ciddi fəsadlar törədib. Hətta vəziyyətm on həddə çatıb ki, artıq ... Avstraliyaya da qar yağmışdı.

Bu qıçşda da eyni proses davam etməkdədir. Sonuncu ən həyöəcanlı xəbər şimaldan – Moskvadan gəlib. Belə ki keçən ilin noyabr ayından başlayaraq Rusiya paytaxtına yağan qar bu ölkədə bütün həyatı iflic edib.

Rusiyanın kütləvi informasiya vasitələrinin yaydığı məlumatlara görə, Moskva bələdiyyəsinin sədr müavini Pyotr Biryukov şəhərə yağan qarın hündürlüyünün 2 metr 16 santimetrə çatdığını söyləyib: “Bu son 100 ilin ən qarlı qışıdır. Mövsüm normasından 1,5 dəfə çox qar yağıb”.

Rusiyanın bir çox şəhərlərində kəskin şaxtalar davam edir. Bəzi bölgələrdə havanın temperaturunun -50 dərəcəyə çatdığı bildirilir.

Rusiya Səhiyyə Nazirliyindən verilən məlumatda bu qış ərzində Rusiyada 216 nəfər donvurmadan öldüyü bildirilib. 3382 nəfər isə donma təhlükəsi ilə xəstəxanalara yerləşdirilib.

Nazirlikdən ölkə ərazisində kəskin qrip virusunun yayıldığı da bildirilib. Krasnodar, Dağıstan və Volqoqrad qrip virusunun ən çox yayıldığı yerlərdir. Paytaxt Moskvada 1,2 milyon nəfər qripə yoluxub. Bu göstərici keçən illə müqayisədə 13,9 dəfə çoxdur.

Azərbaycan Yaşıllar Partiyasının sədri Mais Güləliyevin “Unikal”a bildirdiyinə görə, “Planetdə total şəkildə iqlim dəyişiklikləri gedir və bu dəyişimlər yaxşı heç nə vəd etmir. Uzağa getməyin, elə Azərbaycanda son illər qışın necıə keçdiyini yada salın. Ötən il bu vaxt Bakıya güclü qar yağmıışdı, amma indi bahar havası duyulur. Bu cür mülayim hava camaata xoş gəlsə də, məsələnin elmi tərəfi xoşagəlməz dəyişikliklərdən xəbər verir”.

Ekspertin sözlərinə görə, “Hazırda planetin iqlimi kontinentallaşmağa doğru gedir. Bu zaman yay çox isti, qış isə hədsiz dərəcədə sərt olur. Dünya mütəxəssisləri hesab edirlər ki, digər fəsillərin ömrü qısalacaq və əsasən iki fəsil – yayla qış qalacaq. Kəskin isti və kəskin soyuq. Rusiyada və o cümlədən dünyanın bütn ölkələrində baş verən iqlim anomaliyalarını dəyərləndirmək çətin olsa da, fakt budur ki, artıq Azərbaycanda və o cümlədən planetdə iqlim dəyişilib. Biz daha əvvəlki kimi növbələşən fəsilləri və əvvəlki iqlimləri görməyəcəyik.”