İspaniyada sutka ərzində meymunçiçəyinə azı 120 nəfər yoluxub.

"Unikal" xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
“III Karlos Səhiyyə İnstitutu 120 nəfərin testinin müsbət nəticə verdiyini bildirir. Buna qədər ölkədə meymunçiçəyinə 98 yoluxma faktı qeydə alınıb” – deyə nazirliyin son məlumatında göstərilir.

Qonşu Portuqaliyada isə sutka ərzində 96 yoluxma qeydə alınıb.