"ABŞ Ukraynaya Rusiyaya qarşı istifadə olunacaq raket sistemləri göndərməyəcək".

"Unikal"
Əlcəzirəyə istinadən xəbər verir ki, bu sözləri Birləşmiş Ştatların Prezidenti Co Bayden bazar ertəsi jurnalistlərə açıqlamasında bildirib.

ABŞ Prezidentinin şərhləri administrasiyasının Rusiyaya qarşı mübarizəsi üçün Kiyevə qabaqcıl uzaqmənzilli raket sistemləri göndərməyə hazırlaşdığı barədə xəbərlərdən sonra verilib.

Bayden bazar ertəsi Ağ Evə qayıtdıqdan sonra jurnalistlərə “Ukraynaya raket sistemləri göndərmək fikrində deyilik”, - deyə məlumat verib.

Aynurə Xudaverdiyeva