Avropa İttifaqı liderləri Rusiya neft idxalının üçdə ikisindən çoxunun bloklanması planı üzərində razılaşıblar.

"Unikal" BBC-yə istinadən xəbər verir ki, qadağa yalnız dəniz yolu ilə gələn neftə təsir edəcək, lakin Macarıstanın müqavimətindən sonra boru kəməri neftinə təsir göstərməyəcək.

Avropa Şurasının rəhbəri Şarl Mişel bildirib ki, saziş Rusiya döyüş maşını üçün böyük maliyyə mənbəyini kəsib.

Qeyd edək kİ, bu 27 üzv dövlətin hamısının razılaşmalı olduğu Brüssel sammitində təsdiqlənən altıncı sanksiyalar paketinin bir hissəsidir.

Hazırda Rusiya Aİ-nin idxal etdiyi neftin 27%-ni və qazın 40%-ni təmin edir.

Aİ bunun müqabilində Rusiyaya ildə təxminən 400 milyard avro (430 milyard dollar, 341 milyard funt sterlinq) ödəyir.

Rusiyadan Almaniyaya yeni qaz kəmərinin açılması planları dondurulsa da, indiyədək Rusiya qazının Aİ-yə ixracına qarşı heç bir sanksiyalar tətbiq edilməyib.

Aynurə Xudaverdiyeva