Hindistanın Uttar Pradeş ştatının Bareilly rayonunda təcili yardım maşını ilə yük maşınının toqquşması nəticəsində 7 nəfər ölüb.

"Unikal" xəbər verir ki, qəza səhər saatlarında Dehli-Laknau milli magistral yolunda baş verib.

Təcili yardım maşınının yük maşını ilə toqquşması nəticəsində sürücü və avtomobildə olan 6 nəfər həlak olub.

Əraziyə  xilasedici  qüvvələr və  polis sövq edilib. Qəzanın  baş vermə səbəbi  araşdırılır.