“Barselona” erası bitdi


İspaniya «Kral kuboku»-nun yarımfinal mərhələsinin cavab qarşılaşmasında bir oyun oyun keçirilib.
“Barselona” evdə, “Nou Kamp” stadionunda “Real”la münasibətinə aydınlıq gətirib.
Madriddə keçirilmiş ilk görüşdə tərəflər 1:1-lə oyunun başa vurmuşdu.
Bu dəfə kataloniyalıları 0:3 hesabı ilə məğlub edən “Real” finala vəsiqə qazandı.

Qeyd edək ki, həlledici mərhələdə “Real”ın rəqibi fevralın 27-də keçiriləcək “Sevilya” - “Atletiko” matçından sonra məlum olacaq.
Bu qarşılaşma Bakı vaxtı ilə saat 01:00-da başlayacaq.

“Barselona” - “Real” - 0:3

Alba, 89 - Ronaldo, 13; 57, Varan, 68

(ilk oyun - 1:1)

"Barselona": Pinto, Dani Alves, Pike, Puyol (k), Xordi Alba, Buskets, Xavi, Fabreqas, Pedro, İnyesta, Messi.
"Real": Dieqo Lopes, Varan, Serxio Ramos, Kuentran, Xedira, Ronaldu, Özil, Xabi Alonso, Arbeloa, İquain, Di Mariya.