Belarus Respublikasının prezidenti Aleksandr Lukaşenko Rusiya Federasiyasını nüvə silahından istifadə etməyə hazır olmağa çağırıb.

"Unikal" BELTA nəşrinə istinadən xəbər verir ki, bu barədə o, Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşü zamanı bildirib.

Onun sözlərinə görə, Belarusda nüvə sursatı anbarları yoxdur, amma Rusiyada var. O, Rusiyanı buna nüvə silahından istifadəyə olmağa səsləyib: "Uçurlar, məşq edirlər. Niyə məşq edirlər, niyə nüvə başlıqları daşıyırlar? Sabah təyyarəyə nüvə bombası qoymaq və lazım olan yerə atmaq üçün. Ona görə də biz hələ cavab verməmişik.

Biz bütün istiqamətlərdə barıtı quru saxlamalıyıq. Və orada "Putin Belarusu ələ keçirdi", "o istədiyini edir" deyə qışqırmağa ehtiyac yoxdur... Bizim iki suveren dövlətin razılaşdırılmış ağlabatan siyasəti var., bunun üçün ilk növbədə Makei və Lavrov cavabdehdir".

Ağarza Elçinoğlu