Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bir sıra birinci instansiya məhkəmələri hakimlərinin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında Sərəncam imzalayıb.

"Unikal"ın məlumatına görə, Sərəncama əsasən, Füzuli Rayon Məhkəməsinin hakimi və sədri Bağırov Məhəmməd Abduləli oğlu, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Əmirxanova Kəmalə Fərman qızı və Tovuz Rayon Məhkəməsinin hakimi Mustafayev Nofəl Qara oğlunun səlahiyyətinə vaxtından əvvəl xitam verilib.

Füzuli Rayon Məhkəməsinin hakimi və sədri Məhəmməd Bağırov 1972-ci ildə anadan olub. 1994-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 1998-ci ildə Goranboy Rayon Polis Şöbəsində İstintaq Bölməsində müstəntiq, 1998 - 2001-ci illərdə Gəncə Şəhəri Nizami Rayon Polis Şöbəsində müstəntiq, 2001 - 2004-cü illərdə Gəncə Şəhər Polis İdarəsinin İstintaq və təhqiqat şöbəsində təhqiqatçı, 2004 - 2005-ci illərdə Gəncə Şəhəri Nizami Rayon Polis Şöbəsində Təhqiqat Bölməsində təhqiqatçı, 2005 - 2010-ci illərdə Gəncə Şəhər Polis İdarəsinin Təhqiqat şöbəsində baş təhqiqatçı, Təşkilati inspektor bölməsinin rəisi və 2010-cu ildən indiyədək isə Tovuz Rayon Məhkəməsinin hakimi olub.

Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Kəmalə Əmirxanova 1965-ci ildə anadan olub. 1987-ci ildə Moskva Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 1987 - 1989-cu illərdə Elmi-Tədqiqat Məhkəmə Ekspertizası İnstitutunda ekspert, baş ekspert, 1993 - 1994-cü illərdə Baş Prokurorluqda Məhkəmə aktlarının qanuniliyinə nəzarət idarəsinin cinayət işləri üzrə şöbəsinin prokuroru, 1994 - 2000-ci illərdə Baş Prokurorluqda Cinayət işləri üzrə məhkəmə qərarlarının qanuniliyinə nəzarət idarəsinin prokuroru, 2000 - 2008-ci illərdə Baş Prokurorluqda Hüquqi təminat şöbəsinin prokuroru, 2008 - 2013-cü illərdə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin hakimi, 2013-cü ildən bugünədək Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi vəzifəsində çalışıb.

Tovuz Rayon Məhkəməsinin hakimi Nofəl Mustafayev 1972-ci ildə anadan olub. 1994-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində ali təhsil alıb. 1998-ci ildə Goranboy Rayon Polis Şöbəsində İstintaq Bölməsində müstəntiq, 1998 - 2001-ci illərdə Gəncə Şəhəri Nizami Rayon Polis Şöbəsində müstəntiq, 2001 - 2004-cü illərdə Gəncə Şəhər Polis İdarəsinin İstintaq və təhqiqat şöbəsində təhqiqatçı, 2004 - 2005-ci illərdə Gəncə Şəhəri Nizami Rayon Polis Şöbəsində Təhqiqat Bölməsində təhqiqatçı, 2005 - 2010-cu illərdə Gəncə Şəhər Polis İdarəsinin Təhqiqat şöbəsində baş təhqiqatçı, Təşkilati inspektor bölməsinin rəisi, 2010-cu ildən indiyədək isə Tovuz Rayon Məhkəməsinin hakimi işləyib.

Anar Kəlbiyev