"İsveç 73 terrorçunu Türkiyəyə təhvil verəcək"

"Unikal" xəbər verir ki, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan NATO Liderlər Zirvəsi başa çatdıqdan sonra keçirilən qiymətləndirmə toplantısında çıxışı zamanı deyib:

"Biz NATO-nun Madrid sammitini başa vurduq. Zirvə görüşü mövcud çağırışlar qarşısında müttəfiqlərin birliyini və həmrəyliyini təsdiqləmək üçün mühüm rol oynadı.

Sammitdə ən çox diqqət çəkən sənədlərdən biri də dünən qəbul etdiyimiz yeni strateji konsepsiya oldu. Bu yeni sənəd NATO-nun əsasını təşkil edən birlik və həmrəyliyin vacibliyini bir daha təsdiqləyir. Terrorizmin ən ciddi asimmetrik təhlükə kimi tanınması və NATO-nun terrorizmin bütün formaları ilə mübarizə əzmini nümayiş etdirməsi təbii ki, vacibdir, lakin bu qətiyyət kağız üzərində qalmamalıdır. Praktikada tam həmrəyliklə mübarizəni davam etdirmək lazımdır. Bu məsələnin Türkiyə üçün nə qədər əhəmiyyətli olduğunu vurğuladım. Mən qeyd etdim ki, bu, həm də NATO məsələsidir. Bu gün bizə qarşı istifadə edilən silahların sabah digər müttəfiqlərə qarşı istifadə olunmayacağına zəmanət yoxdur. 

PKK və ona bağlı olan qrupların ehtiyatsızlığı bunun bariz nümunəsidir. Əgər biz NATO-nun etimadını qorumaq istəyiriksə, terrorizmin bütün təzahürləri ilə mübarizədə ardıcıl, səmimi addımlar atmağımız zəruridir. Terrorizmin maliyyələşdirilməsinin qarşısının alınması mübarizənin tərkib hissəsidir"-deyə Ərdoğan qeyd edib.

Gültəkin Ələsgər