Rusiyanın bir şəhərində çiyələk iyi verən asfalt-beton örtüyü döşənib.

"Unikal" bu barədə “İnterfaks”-a istinadən xəbər verir.  Bildirilib ki, Leninqrad vilayətinin Vsevolojsk rayonunda qeyri-adi asfalt örtüyü yaranıb.

“Maqnitnaya” stansiyasından Morozov adına kəndə gedən yolun 19 kilometrlik hissəsinə 700 metr giləmeyvə ətirli asfalt örtüyü salınıb. Yolu iyli etmək təklifini ətirli asfalt hazırlayan podratçı şirkət verib.

“Bir çoxları təmir zamanı yayılan həddindən artıq qızmış bitum qoxusunu bəyənmədiyi üçün onu sınamaq qərarına gəliblər”, - komitənin mətbuat xidmətindən bildirilib. Qeyd olunur ki, aromanın olması asfalt qarışığının keyfiyyətinə təsir etmir.

Ramil Zeynallı