Dünyaca məşhur reper 50 Cent İrəvana gedib.

"Unikal" xəbər verir ki, iyulun 1-də Greenlight Gang Tour çərçivəsində 50 Cent G-Unit ilə Hrazdan Stadionunda 1,5 saat ərzində çıxış edəcək. Konsertdə əfsanəvi treklər və klassik hip-hop hitləri səslənəcək.

Konsertdə R-Mean adlı erməni köklü amerikalı reper, 3.33 və “Mi qani hogi” (“Bir neçə nəfər”) qrupları çıxış edəcək.

Qeyd edək ki, İrəvandakı “50 Cent” konsert proqramını “Haya” festivalı təşkil edir.