Madriddə keçirilən sammit zamanı NATO soyuq müharibənin hərbi təhlükəsizlik sxemlərinə qayıdıb.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib:

"Çıxara biləcəyimiz əsas nəticə ondan ibarətdir ki, Madriddə NATO 1949-cu ildə yarandıqdan sonra təkamül yolu ilə inkişafını tamamlayıb və Soyuq Müharibənin mənşəyinə, təhlükəsizlik sxemlərinə, hərbi təhlükəsizliyinə qayıdıb", - Qruşko beynəlxalq konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Moskva öz təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirlər görmək üçün NATO sammitinin qərarlarını hərbi baxımdan təhlil edəcək. “Sammitin nəticələri həm siyasi, həm də hərbi baxımdan, o cümlədən Rusiyanın təhlükəsizliyinin və müdafiə qabiliyyətinin qanuni maraqlarını 100% təmin edən zəruri tədbirlərin görülməsi baxımından çox hərtərəfli təhlilə məruz qalacaq”.

Nazir müavini onu da bildirib ki, NATO-nun genişlənməsi, Finlandiya və İsveçin daxil olması,onun fikrincə, Avropa təhlükəsizliyinin təkamülünün ən kədərli epizodlarından biridir.

Gültəkin Ələsgər