Türkiyə Rusiya və Ukrayna ilə danışıqlardan sonra buğda, yulaf və arpa kimi taxıl məhsullarını Qara dənizdən ehtiyacı olan ölkələrə təkrar ixrac edə biləcəyini bildirən prezident Rəcəb Tayyib Ərdoğan yaxın günlərdə hər iki ölkə ilə məsələni müzakirə edəcəyini bildirib.

"Unikal" xəbər verir ki, Ərdoğanın sözlərinə görə, administrasiyası həmkarları ilə danışıqların təşkili üçün Kiyev və Moskva ilə işləyir və 20 türk gəmisi mümkün tədarüklərdə iştirak etməyə hazırdır:

"Ukrayna və Rusiya liderləri ilə danışıqlardan sonra "buğda, arpa, yulaf, günəbaxan yağını bizim vasitəmizlə təkrar ixrac etməklə ehtiyacı olan ölkələrə göndərə bilərik" deyən prezident Türkiyənin ehtiyatlarının "yaxşı vəziyyətdə" olduğunu bildirib.

Gültəkin Ələsgər