Ötən gün Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsində qeydə alınıb.

Qəza nəticəsində "Toyota Prado" markalı, 10-VS-106 dövlət qeydiyyat nişanlı avtomobil aşıb.

Hadisə nəticəsində 18 və 20 yaşlı iki gənc oğlan xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Murad İbrahimli