Məşhur müğənni Murad Dalkılıç ötən gün baş tutan konsertinə gecikdiyi üçün maraqlı anlar yaşanıb. 

"Unikal" Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu səbəbdən ölkənin baş naziri Binali Yıldırım səhnəyə çıxaraq mahnı söyləməyə başlayıb.

O səhnədə "Murad Dalkılıç 5 dəqiqəyə gəlir. Mən də o boşluğu doldururam" sözlərini işlədib. Bundan əlavə B.Yıldırım daha sonra "Erzincana girdim, ne güzel bağlar" mahnısını səsləndirib.

Baş nazirin bu hərəkəti alqışla qarşılanıb.