Kursk vilayətinin Ukrayna ilə sərhədə yaxın iki yaşayış məntəqəsi Ukrayna ordusu tərəfindən atəşə tutulub.

"Unikal" xəbər verir ki, bu barədə Kursk vilayətinin qubernatoru Roman Starovoit öz "Telegram" kanalında yazıb. 

"Bu gün səhər yenidən Qluşkovski rayonunun sərhəd yaşayış məntəqələrinin artilleriya atəşinə tutulması ilə başlayıb", - deyə qubernator Markovo və Tetkino kəndlərinin də vurulduğunu bildirib.

Ağarza Elçinoğlu