Yaponiya hakimiyyəti ruslara və rus təşkilatlarına qarşı yeni sanksiyalar elan edib. 

"Unikal" xəbər verir ki, onların arasında violonçel ifaçısı Roldugin və onun həyat yoldaşı, milyarder Qod Nisanov, Baş nazirin müavini Qriqorenko, Mordaşevin qohumları və müdafiə sənayesi ilə əlaqəli onlarla şirkət sanksiya siyahısına daxil edilib. 

Bundan əlavə, Yaponiya qızıl idxalını qadağan edir və Rusiya üçün audit və konsaltinq xidmətlərini ləğv edəcək. 

Sanksiyaların ümumilikdə 90 nəfərə təsir etdiyi bildirilib. 

Ağarza Elçinoğlu