Antalya şəhərində turistləri daşıyan avtobus qəzaya düşüb. 

"Unikal" Türkiyə KİV-ə istinadən xəbər verir ki, avtobus minik avtomobili ilə toqquşub. Hadisə nəticəsində 3 rus vətəndaşı olmaqla 9 nəfər yaralanıb.

Yaralılara hadisə yerində ilkin yardım göstərildikdən sonra xəstəxanalara göndəriliblər.