İranda 37 nəfərin vəba xəstəliyinə yoluxduğu açıqlanıb. Xəstəliyin yoluxucu olduğu bildirilən açıqlamada gigiyena qaydalarına əməl edilməli olduğu qeyd edilib.

"Unikal" xəbər verir ki,  İranın rəsmi xəbər agentliyi İRNA-ya danışan Səhiyyə Nazirliyinin Qida və Su ilə yoluxan xəstəliklər şöbəsinin müdiri Meryem Mesudifer bildirib ki, İranda sərnişin daşımaları ilə qonşu ölkələrdə vəba xəstəliyinin yayılmasının qarşısını almaq üçün gigiyena qaydalarına riayət edilməlidir. 

Mesudifer bildirib ki, indiyədək İranda 37 nəfərdə vəba aşkarlanıb və ölən olmayıb.