Çin prezidenti Si Cinpin Vladimir Putinin Rusiyaya səfər dəvətini qəbul etməyib.

"Unikal" xəbər verir ki, bu barədə Yaponiyanın “Yomiuri” nəşri diplomatik mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki,  buna səbəb Çində yeni koronavirus epidemiyasıdır. 

KİV-in məlumatına görə, iyunun 15-də telefon danışığı zamanı Putin Çin Xalq Respublikasının sədrini 69 illik yubileyi münasibətilə təbrik edib və ondan Rusiyaya səfər etməyi xahiş edib. Lakin Si Cinpin koronavirusun yeni epidemiyasına qarşı tədbirləri əsas gətirərək bundan imtina edib. 

Bildirilir ki, Çin Kommunist Partiyasının ilin ikinci yarısında keçiriləcək qurultayı öncəsi Si Cinpin həm daxili, həm də xarici siyasətdə kəskin addımlar atmamağa çalışır. Rusiyaya səfərdən imtinada isə iqtisadi sanksiyalarla Rusiyaya təzyiqi artıran ABŞ və Avropa ilə münaqişənin daha da dərinləşməsindən qaçmaq istəyi var.

Lakin KİV-in məlumatına görə, Çin Xalq Respublikasının rəhbəri 2020-ci ilin yanvar ayının sonundan bəri başqa ölkələrə səfər etməyib. 

Gülayə  Mecid